21:03 / 10-07-2026
Həmin layihələr Prezidentə təqdim olunacaq - Fotolar
20:58 / 10-07-2026
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
20:52 / 10-07-2026
Azərbaycan Ermənistana 434 min avro ödəyib
20:46 / 10-07-2026
Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi
20:37 / 10-07-2026
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
20:24 / 10-07-2026
Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır-Könül Nurullayeva
19:42 / 09-07-2026
İİKK İordaniyadakı ABŞ-ın Əl-Əzraq Hava Bazasına 10 raket atıb
19:40 / 09-07-2026
RT prodüserinin həbsindən sonra Zaxarova Londona müraciət edib
19:37 / 09-07-2026
Paşinyan Ermənistandakı anklavlar məsələsindən imtina etməyin mümkün olmadığını bildirdi
19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
19:30 / 09-07-2026
Çində fabrik yanğını: Xilasedicilər 28 nəfərin öldüyünü bildiriblər
19:27 / 09-07-2026
ABŞ-ın İrana hücumları Yaxın Şərqdə narahatlıq yaradıb
19:19 / 09-07-2026
Boğulan uşağı xilas etməyə tələsən ikinci bir kişinin cəsədi tapılıb
19:16 / 09-07-2026
"112": "Qazlar imperiyası"nı yaradan iki kişi 20-dən çox yeniyetməyə təcavüz edib
19:10 / 09-07-2026
Uşaqların nəzarətsiz üzməsini qadağan edən qanun qəbul edilib
19:06 / 09-07-2026
Keçmiş futbolçu Aldonin hazırda müalicə aldığını bildirib
19:03 / 09-07-2026
Pentaqon hava hücumundan müdafiə üçün lazer sistemlərinin inkişafına 86 milyon dollar ayırıb
18:58 / 09-07-2026
Məscidi soyan yeniyetmə saxlanılıb
18:45 / 09-07-2026
18 yaşlı bir kişi qısqanclıq zəminində sevgilisinin keçmiş sevgilisini bıçaqlayaraq öldürüb
18:41 / 09-07-2026
Rusiya Paralimpiya Komitəsi Asiya Federasiyasına niyə keçməli olduqlarını izah etdi
18:35 / 09-07-2026
ABŞ İrana qarşı yeni zərbə dalğasının müddətini proqnozlaşdırıb
18:31 / 09-07-2026
2026-cı ilin birinci yarısında Kim Çen In rekord sayda ictimaiyyət qarşısına çıxıb
18:29 / 09-07-2026
İtkin düşən ikinci qızın cəsədi tapılıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
18:23 / 09-07-2026
24 saat ərzində 100-dən çox dron vurulub
18:19 / 09-07-2026
İran Səhiyyə Nazirliyi ABŞ hücumlarında 14 nəfərin öldüyünü və onlarla insanın yaralandığını bildirib
11:35 / 09-07-2026
İran ABŞ-ın Yaxın Şərqdəki "Patriot" sistemlərinə və yanacaq anbarlarına zərbə endirib
11:32 / 09-07-2026
Jurova güclü Rusiya Olimpiya komandasının ABŞ-a nə üçün fayda verəcəyini izah etdi
21:04 / 08-07-2026
Politoloq: "NATO zirvəsi Türkiyə ilə Rusiya arasındakı əlaqələri pozmaq məqsədi daşıyır"
21:01 / 08-07-2026
Rus əsgərləri valideynlərini itirən 10 yaşlı qızı xilas etdilər
20:59 / 08-07-2026
Qərbdə parçalanma: ABŞ silahlarını təqdim edərkən Avropadan uzaqlaşır
20:56 / 08-07-2026
Tramp Zelenski ilə görüşdə Putinlə münasibətlərini çox yaxşı adlandırdı
20:54 / 08-07-2026
Xəsarət alan turist təxliyə edilib
20:51 / 08-07-2026
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
20:49 / 08-07-2026
Keçmiş futbolçu xərçənglə mübarizə aparmaq üçün Moskvaya qayıdıb
20:45 / 08-07-2026
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
20:42 / 08-07-2026
Rusiya hökuməti dizel yanacağı ixracına qadağa qoyub
20:39 / 08-07-2026
İran ABŞ ilə danışıqları dayandırdı
20:36 / 08-07-2026
Krım və Sevastopolda yanacaq vəziyyəti: Putin əmr verdi
20:34 / 08-07-2026
Qılıncoynatma medalçısı quyuya yıxılaraq öldü
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
Tarix: 25-07-2018 00:33 | Bölmə: Manşet

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Şura 2018-ci ilin ötən 7 ayı ərzində özünün Nizamnamə tələblərinə uyğun olaraq fəaliyyət göstərib. Qurum şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılması ilə yanaşı ictimai-siyasi mühitdə baş verən proseslərə adekvat reaksiyası ilə seçilib, medianın cəmiyyət həyatına təsirinin müxtəlif aspektlərinə dair tövsiyələr ünvanlayıb. «2018-ci ilin mart ayının 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayı keçirildi. Qurultay Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsinə dair qərar çıxardı. Buna müvafiq olaraq ali məclisdə İdarə Heyətinin 23 nəfərdən ibarət yeni tərkibi seçildi. Hesab edirəm ki, ötən müddətdə yeni tərkibdə təmsil olunan həmkarlarımız kifayət qədər məhsuldar fəaliyyət göstərdilər. İstər Mətbuat Şurasının tədbirlərində, keçirdiyi iclaslarda, istərsə də fərdi qaydada fikir və düşüncələrini bölüşməklə vətəndaş cəmiyyəti quruculuğu prosesinə özlərinin layiqli töhfələrini verdilər. Buna görə İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirirəm», - deyə Ə.Amaşov vurğulayıb.
***
Ə.Amaşov həmçinin Şuranın Gəncədə baş vermiş terror hadisələrinə medianın monolit komanda kimi dövlətçilik maraqları baxımından münasibət göstərməsi istiqamətində də iş apardığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan mediası terror və iğtişaşlarla müşaiyət edilən Gəncə hadisələrinə kifayət qədər peşəkar mövqedən yanaşdı. Ölkənin aparıcı kütləvi informasiya vasitələri sübut etdilər ki, Azərbaycanda qərarlaşmış siyasi sabitlik, asayiş və əminamanlıq mühitini pozmağa cəhd göstərənlərin qarşısında güclü müqavimət potensialına malik mütəşəkkil birlik var. Bu isə cəmiyyət üçün kifayət qədər mühüm mesajdır. MŞ sədri bu mesajın müəllifləri olan KİV-lərə rəhbərlik etdiyi qurumun adından təşəkkürümü bildirib.
***
Ə.Amaşov Azərbaycan milli mətbuatının 143 illiyinin qeyd edilməsini də ötən müddətin mühüm hadisələrindən biri kimi dəyərləndirib: «Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi artıq ənənəyə çevrilib. Yubiley ilinin olmamasına baxmayaraq mətbuatımızın 143 illiyi kifayət qədər aktiv qeyd edildi. Müxtəlif nazirliklər, komitələr, idarə, müəssisə və təşkilatlar bununla əlaqədar geniş toplantılar, müsabiqələr təşkil etdilər. Eyni zamanda biz ayrı-ayrı dövlət qurumlarının Milli Mətbuat Günü KİV redaksiyalarına fərdi təbrik nümunələrini də gördük. Bütün bunlar şübhəsiz, medianın cəmiyyətdəki roluna və mövqeyinə verilən böyük qiymət idi. Hesab edirik ki, mətbuatın missiyasına dəyər verən, onu özünə tərəfdaş seçən hər bir dövlət qurumunun fəaliyyəti təqdir olunmalıdır».
***
MŞ sədri çıxışında müstəqillik illərində Azərbaycan mətbuatının inkişaf dinamikasından da söz açıb, bununla bağlı bəzi müqayisəli məqamlara toxunub. O xatırladıb ki, ötən əsrin 90-cı illərində Azərbaycan ciddi informasiya blokadasında idi. Dünya ictimaiyyəti 20 Yanvar, Xocalı faciəsi, ümumən Qarabağ münaqişəsi ilə bağlı məlumatları əsasən xarici KİV-lərdən əldə edirdi. Bir çox hallarda xarici KİV-lər Azərbaycanın özü üçün də informasiya mənbəyi rolunda çıxış edirdilər. Bu tendensiya onunla bağlı idi ki, mətbuatımız zəif idi. Hazırda isə mediamız təkcə Azərbaycanla deyil, bütövlükdə regionla bağlı etibarlı istinad mənbəyi rolunda çıxış edir. Belə bir nəticənin əldə edilməsi son dərəcə vacibdir və gəldiyimiz nöqtənin, keçdiyimiz yolun məsuliyyəti hər kəs tərəfindən dərk edilməli, qarşıdakı fəaliyyət üçün baza rolunu oynamalı, mövcud problemlərin aradan qaldırılması əzmini stimullaşdırmalıdır.
***
Mediaya dövlət dəstəyinin sistemli şəkil aldığını vurğulayan Ə.Amaşov onu da bildirib ki, bu dəstək KİV-lərin müstəqilliklərinin qorunmasına, onların cəmiyyət və dövlət üçün prioritet sayılan istiqamətlərdəki fəaliyyətinin daha da gücləndirilməsinə yönəlib. «Biz Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin timsalında bunu görürük. 2009-cu ildən mövcud olan Fond «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası» əsasında iş aparmaqdadır. İstər konsepsiyanın qəbulu, istərsə də Fondun həyata keçirdiyi tədbirlər Prezident İlham Əliyevin media ilə bağlı fikir və düşüncələrinin sistemləşdirilmiş, bu gün üçün konseptual əhəmiyyət daşıyan tərkib hissələridir. Ölkə rəhbərliyi hər zaman medianın missiyasına böyük önəm verib, jurnalist əməyini yüksək qiymətləndirib. Dövlət başçısının medianı özünə tərəfdaş kimi təqdim etməsi həm də onun idarəçilik prosesindəki mövqeyinin təsdiqidir», - deyən Ə.Amaşov Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında” 2018-ci il 16 iyul tarixli Sərəncamı üzərində dayanıb. O, Sərəncam əsasında ayrılmış 1 milyon manatın gündəlik qəzetlər arasında bölündüyünü diqqətə çatdırıb: «Bəzən belə fikirlər səslənir ki, mediaya dövlət dəstəyi göstərilməməlidir. Ümumən müxtəlif vaxtlarda bununla bağlı baxışlar olub. Əlbəttə, biz də hesab edirik ki, media orqanı özünü maliyyələşdirmə imkanına malik olmalıdır. Unudulmamalıdır ki, dövlət dəstəyi məhz bu cür KİV-lərin formalaşmasını rəhbər tutur. Həm də nəzərə alınmalıdır ki, dövlət üçün güclü, təminatlı medianın varlığı şərtdir. Yəni məsələdə qeyd etdiyim kimi, bir növ, dövlət-media tərəfdaşlığı var. Mətbuat Şurası olaraq biz bu tərəfdaşlıqda internet media resurslarının da iştirakını təklif edirik. Çünki internet üzərindən yayımlanan media vasitələrinin cəmiyyətə təsir imkanları artır və onların fəaliyyətinin dövlət maraqları baxımından uzlaşdırılmasının vaxtı çatıb. Hesab edirik ki, tezliklə bu məsələyə diqqət yetiriləcək. Ümumən mediaya dövlət büdcəsindən vəsaitin artırılması ilə internet mediaya zəruri diqqət ayrılacaq. Ancaq qəzetlərin də ayaqda qalması şərtdir. Nəzərə alaq ki, onlar bu gün yaşananların salnaməsini yaradırlar. Hər biri üzərindən illər, əsrlər keçdikdən sonra günümüzlə bağlı tədqiqat mənbələridir. Bilmək olmaz ki, hansısa internet media orqanının materialı 100 il əvvəlki qəzetin mənbə kimi oynadığı rolu oynayacaq, ya yox. Təminat yoxdur. Buna görə də hazırkı durumda qəzetlər qorunmalıdır. Mövcud xüsusda dövlət dəstəyi son dərəcə vacibdir və davamlılığı şərtdir. Mətbuat Şurasının mövqeyi buna əsaslanır».
***
İclasda çıxış edən MŞ İdarə Heyətinin üzvlərindən - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnforamsiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı, “Azadinform” İA-nın baş redaktoru Niyaz Niftiyev, milli.az saytının rəhbəri Anar İmanov, MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli Şura sədrinin çıxışında yer alan məqamlarla əlaqədar fikirlərini bölüşüblər. Onlar medianın Gəncə hadisələri, eyni zamanda Mingəçevirdəki enerji qəzası nəticəsində yaranmış durum ilə əlaqədar mövqeyini təqdir ediblər.
Mediaya dövlət dəstəyinin konseptual tərəflərinə toxunan İH üzvləri bildiriblər ki, hazırkı dövrdə bu siyasət heç də yalnız ənənəvi medianın varlığını qoruması mahiyyəti daşımır, bütövlükdə Azərbaycan dövlətinin media ilə əlaqədar baxışlarını özündə birləşdirir. Bu baxışlar isə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nda kifayət qədər əhatəli əksini tapıb və sənəddə nəzərdə tutulan digər vəzifələrin reallaşdırılmasına nail olmaq media ictimaiyyətinin qarşısında duran mühüm vəzifələrdəndir.
İH üzvləri mediaya dövlət dəstəyinin əhəmiyyətsizliyi ilə bağlı səslənən fikirlərə də münasibətlərini açıqlayıblar. Onlar bildiriblər ki, bu fikirləri dövriyyəyə gətirənlərin müəyyən qismi vaxtilə məsələnin əksini iddia edən, prosesi dəstəkləyən şəxslərdir. Belələrinin müəyyən qrup maraqları naminə gedilən yola kölgə salmaq, ümumən Azərbaycanda aparılan media siyasətinə təftişçilik nöqteyi-nəzərdən yanaşmaq, hansısa fərdi narazılıqları geniş etiraz kimi göstərmək cəhdləri yolverilməzdir, səmimilikdən uzaqdır. Azərbaycanda media sahəsində aparılan dövlət siyasətinin alternativsizliyini vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bu siyasətin daha zəngin çalarlar əldə etməsi üçün qarşılıqlı əməkdaşlığın, fəaliyyətin daha da gücləndirlməsinin zəruriliyini əsaslandırıblar.
Baxış sayı: 408
Bölməyə aid digər xəbərlər

8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.
5-07-2026, 18:32
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
2-07-2026, 17:30
Peskov Kallasın son təhdidinə cavab verdi
28-06-2026, 12:58
Medvedev: "Ermənistanın Qərbin nəzarətindən qaçması çətin olacaq"
24-06-2026, 19:17
Bessent: "Rusiya Ukraynadakı münaqişədən sonra dollar sisteminə qayıtmaq istəyəcək"
24-06-2026, 19:14
Ukraynanın keçmiş xarici işlər naziri Kuleba Trampın münaqişə ilə bağlı mövqeyini dəyişdiyinə şübhə edir
24-06-2026, 16:10
"Spartak Moskva"nın keçmiş kapitanı Cikiya Türkiyədən Rusiya Premyer Liqasına qayıdıb
24-06-2026, 16:02
Sanksiyalar altında olan idmançıları ac itlərlə müqayisə etdi
24-06-2026, 15:58
Lavrov Trampın Kiyevə hərbi əməliyyatları sərtləşdirməyə icazə verdiyinə dair media xəbərlərinə şübhə ilə yanaşıb
22-06-2026, 20:48
Vens İranın MAQATE müfəttişlərini qəbul etməyə razı olduğunu bildirdi
22-06-2026, 16:03
Kreml: Putin və Lukaşenko tezliklə Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcəklər
21-06-2026, 20:09
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
18-06-2026, 20:36
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
18-06-2026, 20:17
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
17-06-2026, 20:48
Tramp Rusiyaya qarşı yeni sanksiyaların neft qiymətlərindən asılı olduğunu bildirdi
16-06-2026, 19:49
Lavrov Ukraynanın Avropa Birliyinə daxil olmasında üstünlüklər tapdı
16-06-2026, 19:37
"Rusiyanın unikal qızı": Karelin İsinbayevanın müdafiəsindən danışdı
16-06-2026, 19:10
Von der Leyen AB-ni Kiyevə dəstəyini ikiqat artırmağa çağırdı
15-06-2026, 18:10
Çin etiraf etdi ki, İsrail ABŞ-İran sazişini poza bilər
14-06-2026, 19:26
Pentaqon Hörmüz boğazından minaların təmizlənməsinin nə qədər vaxt aparacağını izah etdi
14-06-2026, 19:22
İsrailin Livana hücumu ABŞ-İran danışıqlar prosesini çətinləşdirib
14-06-2026, 16:28
Lavrov Türkiyə Xarici İşlər Naziri ilə Yaxın Şərq və Qara dənizdəki vəziyyəti müzakirə edəcək
11-06-2026, 23:20
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
11-06-2026, 11:06
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
10-06-2026, 19:15
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
10-06-2026, 19:11
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
9-06-2026, 20:49
Makron heyrətləndi, Starmer panikaya düşdü: Dünya siyasətçiləri "60 dəqiqə" verilişinə reaksiya verdi
9-06-2026, 09:47
Kallas ortaq Avropa ordusunun yaradılmasına qarşı çıxdı
7-06-2026, 08:55
Torrembini: "İtaliya şirkətləri sanksiyalara baxmayaraq Rusiyada fəaliyyət göstərir"
7-06-2026, 08:19
Vulin: "Avropa Rusiyanı məhv etməyə çalışarkən tarixin risklərini və dərslərini unudur"
7-06-2026, 08:06
Kartayzer Avropanın hansı siyasətçilərdən məhrum olduğunu izah etdi
4-06-2026, 23:18
Putin Trampın Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini qiymətləndirdi
4-06-2026, 23:15
Putin: "Ukrayna rusdilli ölkədir"