Bütün xəbərlər
Melikov: "Dronlar Dağıstanın Kaspiysk şəhərində obyektlərin üzərində aşkarlanıb"
Tarix: 03-02-2025 11:09 | Bölmə: Karusel

Dağıstanın rəhbəri Sergey Melikov bölgə ərazisində düşmənin pilotsuz təyyarələrinin aşkar edildiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlum olduğu kimi, bazar ertəsi, fevralın 3-ü səhər Kaspiyskdəki obyektlər üzərində pilotsuz uçuş aparatları qeydə alınıb.
"Onların zərərsizləşdirilməsi üçün bütün lazımi tədbirlər görülür", - bəyanatda vurğulanır.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Hakimiyyət fövqəladə vəziyyətə cavab rejimində işləyir.
Xatırladaq ki, bundan əvvəl Şimali Osetiyada pilotsuz təyyarələr üçün təhlükə rejimi tətbiq edilmişdi.Bundan başqa, Vladiqafqaz, Qroznı və Mahaçqalada hava limanları təhlükəsizlik məqsədilə müvəqqəti bağlanıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər
28-01-2025, 13:03 SHOT: Pedofil saxlanılıb