Bütün xəbərlər
Uşaq meydançasında atəş açan yeniyetmələr saxlanılıb
Tarix: 24-09-2024 12:23 | Bölmə: Karusel

Sankt-Peterburqda uşaq meydançasında baş verən atışmadan sonra iki yeniyetmə polisə aparılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin təfərrüatları barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Fövqəladə vəziyyət barədə məlumat sentyabrın 23-də axşam saatlarında Krasnoselski rayon polisinə daxil olub. 16 yaşlı məktəbli qız kömək istəyib. O, bildirib ki, Veteranov prospektindəki 152 saylı evin yaxınlığındakı uşaq meydançasında 9-cu sinifdə oxuyan iki şagird xuliqanlıq edib.
Pnevmatik tapançadan açılan atəş nəticəsində 14 yaşlı qız yaralanıb və təcili yardıma getməli olub.
Hadisə yerinə gələn polis 15 və 16 yaşlı yeniyetmələri şöbəyə aparıb. Onların valideynləri də polisə çağırılıb. Hadisənin bütün halları aydınlaşdıqdan sonra cinayət işinin başlanması məsələsinə qərar veriləcək.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib