14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
FIFA və IFAB hakimlərlə komanda kapitanları arasında ünsiyyət qaydasını təsdiqləyib
Tarix: 24-07-2024 17:46 | Bölmə: Karusel

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və Beynəlxalq Futbol Federasiyası (FIFA) Avro 2024-də komanda kapitanları və hakimlər arasında ünsiyyət təcrübəsini uğur kimi qiymətləndirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İFAB-ın mətbuat xidməti yazır. Almaniyada keçirilən Avropa çempionatında belə bir qayda var idi ki, komanda kapitanları istisna olmaqla, meydanda olan istənilən oyunçu hakimə hörmətsizlik və ya fikir ayrılığı əlamətləri ilə yaxınlaşsa, sarı vərəqə ala bilərdi.
"Bu yanaşma futbolda ədaləti və hörməti artırır, eyni zamanda hakimlər və komandalar arasında açıq dialoqu təmin edir və təşviq edir"-IFAB deyib.
Bununla bağlı qurumlar arbitrlərə müvafiq tövsiyələr veriblər. Beləliklə, bu qayda Parisdə keçiriləcək Olimpiya Oyunlarında futbol turniri çərçivəsində də işləyəcək.
"Hakimlər olmadan futbol yoxdur. Onları qorumaq və onlara hörmətlə yanaşmağı təmin etmək oyunun gələcəyi üçün əsasdır", - FİFA prezidenti Canni İnfantino deyib.
FİFA bütün dünya üzrə turnir təşkilatçılarını milli çempionatlardan başlayaraq və aşağıda bu qaydanı tətbiq etməyə çağırıb.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər