14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Katmanduda qəzaya uğrayan təyyarədə 18 nəfər ölüb, kapitan sağ qalıb
Tarix: 24-07-2024 11:36 | Bölmə: Karusel

Katmandu Beynəlxalq Hava Limanında təyyarə qəzası baş verib, təyyarədə olan 19 nəfərdən 18-i həlak olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Kathmandu Post”un məlumatına görə, Saurya Hava Yollarına məxsus Poxaraya uçan təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Təyyarədə olan 19 nəfərdən yalnız kapitan sağ qalıb və xəstəxanaya aparılıb. Əvvəllər təyyarədə aviaşirkətin texniki işçiləri olduğu bildirilirdi.
Katmandu Hava Limanının sözçüsü Subaş Dja dağıntılar altında 18 ölü cəsədinin tapıldığını təsdiqləyib.
Qəzanın baş verdiyi ərazidə qalın tüstü dumanları var, polis və yanğınsöndürmə xidmətləri hadisə yerində işlərini davam etdirir.


Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər