14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Latviya Rusiya ilə sərhəddə tank əleyhinə maneələr quraşdırmağa başlayıb
Tarix: 22-07-2024 17:21 | Bölmə: Karusel

Latviya Rusiya ilə sərhəddə tank əleyhinə maneələr quraşdırmağa başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Nil Uşakov deyib.
Sosial şəbəkələrində o, beton istehkamların - "əjdaha dişləri" adlanan videogörüntüləri yayımladı. Uşakov videonu şərh edərkən yazıb: "Zilupe yaxınlığında, Terekhovo keçid məntəqəsinin girişində tank əleyhinə istehkam ehtiyatları".
Daha əvvəl xəbər verildiyi kimi, Latviya digər Baltikyanı ölkələrlə birlikdə Rusiya və Belarusla sərhəddə “Baltikyanı müdafiə xətti” adlanan xətt yaradır. Bu, möhkəmləndirilmiş müdafiə mövqelərinin və maneələrin, o cümlədən “əjdaha dişlərinin”, tank əleyhinə xəndəklərin və sərhəd zonasının minalanmasından ibarətdir.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər