14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Borrell: "Ukraynanın enerji potensialının 70%-i məhv edilib"
Tarix: 22-07-2024 12:37 | Bölmə: Karusel

Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə enerji dəstəyinin gücləndirilməsi və ölkənin enerji sisteminin acınacaqlı vəziyyəti ilə əlaqədar hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələlərini müzakirə edəcəklər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın enerji potensialının 70%-nin məhv olması səbəbindən Avropa İttifaqı Kiyevə enerji dəstəyinin gücləndirilməsi və yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edir. Aİ xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell bu barədə Aİ xarici işlər nazirlərinin görüşündə danışıb.
"Ukraynada enerji sisteminin 70%-i məhv olmasının qarşısını almağa çalışmalıyıq, indi yaydır, lakin qışda hər şey daha çətin olacaq", - Borrell vurğulayıb.
O qeyd edib ki, xarici işlər nazirini enerji istehsal potensialının bərpası və ya dəyişdirilməsi üçün Ukraynaya dəstəyi gücləndirməyə çağıracaq.
Bundan əvvəl Ukraynanın enerji infrastrukturunun fövqəladə vəziyyətinə görə Kiyev Polşanın enerji sistemindən kömək istəyib. Ukrayna Energetika Nazirliyi öz Telegram kanalında elektrik enerjisinin qənaətlə istehlakına çağırıb.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər