14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Kuzbassdakı düşərgədə kütləvi zəhərlənmə nəticəsində 25 uşaq xəsarət alıb
Tarix: 21-07-2024 16:30 | Bölmə: Karusel

İstintaq Komitəsi Kemerovo vilayətinin Salair şəhərindəki “Magistral” sanatoriyasında fövqəladə vəziyyətlə bağlı cinayət işi açıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsinin regional qərargahının verdiyi yenilənmiş məlumata görə, 25 uşaq xəsarət alıb.
“10-12 yaşlı 25 uşaq bağırsaq infeksiyası əlamətləri ilə həkimə müraciət edib, onların səhhətləri hazırda təhlükədə deyil”.
Hadisə istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə qiymətləndirilib.
Həmçinin, Rospotrebnadzor şöbəsinin əməkdaşları qurumun fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.
Hazırda xəstəliyin mənbəyi müəyyənləşdirilir, həmçinin uşaqların səhhətinin pis olması ilə bağlı şikayətlər daxil olduqdan sonra sanatoriya məsullarının hərəkətlərinə qiymət verilməsi nəzərdə tutulur.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər