14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Banqladeşdə iğtişaşlarda 150-dən çox adam ölüb
Tarix: 21-07-2024 13:31 | Bölmə: Karusel

Banqladeşdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalarda 151 nəfər həlak olub, AFP polis və həkimlərə istinadən xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, tələbələrin işə qəbul kvota sistemindən narazılığı səbəbindən başlayan etiraz aksiyaları zamanı ölənlərin sayı 151 nəfərə çatıb.Qurbanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarının da olduğu məlum olub.
Firstpost xəbər portalının məlumatına görə, toqquşmalar nəticəsində azı 300 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan əvvəl "Agence France-Presse" xəbər vermişdi ki, Dəkkə polisi nümayişçilərə qarşı həqiqi güllələrdən istifadə etməyə başlayıb.


Baxış sayı: 106


Bölməyə aid digər xəbərlər