14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Mişustin iyulun 21-22-də Maqadana səfər edir
Tarix: 20-07-2024 18:11 | Bölmə: Karusel

Rusiya hökumətinin mətbuat xidməti xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin iyulun 21-22-də Maqadana səfər edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qeyd olunduğuna görə, Mişustin Maqadan Beynəlxalq Aeroportunda aerovağzal kompleksinin tikintisinin gedişi ilə tanış olacaq, “Omega-Sea” MMC-nin balıq yağı emalı zavoduna, dəniz balıqçılıq limanına və “Mayak” parkına baş çəkəcək.
Bundan əlavə, Rusiya baş nazirinin Maqadan vilayətinin qubernatoru Sergey Nosovla görüşü nəzərdə tutulub.
Səfərdə Mişustini Rusiyanın nəqliyyat naziri Roman Starovoyt və Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksey Çekunkov müşayiət edəcək.
Rusiya Federasiyasının Baş naziri 2020-ci ilin avqustunda və 2023-cü ilin iyulunda Maqadan vilayətinə səfər edib.


Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər