Bütün xəbərlər
ABŞ iki Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib
Tarix: 19-07-2024 19:31 | Bölmə: Karusel

ABŞ Maliyyə Nazirliyi ölkənin iki Rusiya vətəndaşını kibertəhlükəsizliklə bağlı sanksiyalar siyahısına əlavə etdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məhdudiyyətlər Denis Deqtyarenko və Yuliya Pankratovaya təsir edib.
Vaşinqton hesab edir ki, sanksiya siyahısına daxil edilən ruslar “Rusiyanın Dirçəlişinin Kiber Ordusu” haker qrupunun üzvləridir və ABŞ-ın kritik infrastrukturuna qarşı yönəlmiş kiber əməliyyatlarda iştirak edirlər.
Qeyd olunur ki, təşkilat və onun üzvləri Amerika vətəndaşları və icmaları üçün “qəbuledilməz təhlükə yaradır”.
"Birləşmiş Ştatlar zərərli kiber fəaliyyətlərinə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün tədbirlər görüb və görməyə davam edəcək", - Maliyyə Nazirinin müavini Brayan Nelson mətbuata açıqlamasında deyib.
Bundan əvvəl ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiyaya qarşı sanksiyaların tərəfdarı olmadığını bildirib.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər