Bütün xəbərlər
Krasnoyarskda eniş edən "Air India" təyyarəsinin göyərtəsində 252 nəfər olub
Tarix: 18-07-2024 23:47 | Bölmə: Karusel

Təcili olaraq Krasnoyarskda eniş edən "Air India Boeing 777" təyyarəsinin göyərtəsində 252 nəfər olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  sərnişinlərin heç biri tibbi yardıma ehtiyac duymayıb.
Bu barədə RİA Novosti məlumat yayıb. "Bütün sərnişinlər endirilib; onların heç birinə tibbi yardım lazım olmayıb. Ümumilikdə təyyarədə 252 nəfər olub", - məlumatda deyilir.
Təyyarə Dehlidən San-Fransiskoya uçurdu. Baqaj bölməsində həyəcan siqnalı işə düşəndən sonra təyyarə Krasnoyarskda təcili eniş etməli olub. Krasnoyarsk hava limanına endikdən sonra təyyarəyə baxış keçirilsə də, yanğın aşkar edilməyib.
Hazırda səbəbin müəyyənləşdirilməsi üçün texniki işçi axtarılır. Yanlış həyəcan siqnalı ehtimalını istisna etmək olmaz. Təfərrüatların yalnız səhər saatlarında məlum olacağı gözlənilir.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər