14:12 / 07-09-2024
Lamiyədən növbəti medal!
Bütün xəbərlər
Fransa polisinə Olimpiada zamanı saqqız çeynəməyi qadağan edib
Tarix: 18-07-2024 18:36 | Bölmə: Karusel

Polis əməkdaşları qarşıdan gələn Olimpiadada qonaqpərvər Fransa obrazını yaratmalıdırlar, buna görə də onlara mobil telefondan və saqqızdan istifadə etmək qadağan olunacaq, Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Darmanen polis brifinqində dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərini qəbul etməyə hazırlaşan ölkənin imicindən narahat olub. Onun sözlərinə görə, sadəcə bir-iki polis əməkdaşının səhvi qəzet qalmaqalına səbəb ola bilər.
Nazir polisə bildirib ki, Olimpiada zamanı “saqqız çeynəmək olmaz”. Polis məmurları möhkəmlik və təhlükəsizlik imicini əks etdirməlidirlər.
“...Biz cib telefonlarımıza baxmırıq, insanları salamlayırıq və istənilən şəraitdə sakitliyi qoruyuruq”, – deyə, Darmanen bildirib.
Məmur tabeliyində olanlara daim gülərüz, nəzakətli və qonaqpərvər olmağı arzulayıb. O, əlavə edib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının “ikinci dəfə ilk yaxşı təəssürat yaratmaq” şansı olmayacaq. Nazirin sözlərini "20minutes" portalı sitat gətirir.
Orta hesabla, hər gün təxminən 35 min polis və jandarm Olimpiadanın təhlükəsizliyini təmin edəcək və 18 min əsgər də yerləşdiriləcək.
Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransada keçiriləcək. Mayın sonunda Fransa Daxili İşlər Nazirliyi Çeçenistandan olan 18 yaşlı gəncin Olimpiadada planlaşdırdığı terror aktının qarşısını alıb. O, Sent-Etyen şəhərində futbol yarışları zamanı terror aktı hazırlamaqda şübhəli bilinir.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər