07:33 / 22-03-2026
60-dan çox insan həlak olub
Bütün xəbərlər
“Vedomosti”nin keçmiş baş redaktoru vəfat edib
Tarix: 17-07-2024 14:14 | Bölmə: Karusel

“Vedomosti” qəzetinin keçmiş baş redaktoru Andrey Şmarov Moskvada vəfat edib. Onun 69 yaşı var idi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə nəşrin Telegram kanalında məlumat verilib.
Şmarov 2020-ci ilin martından 2021-ci ilin mayına qədər “Vedomosti”nin baş redaktoru vəzifəsində çalışıb. Bundan əvvəl jurnalist “Kommersant”, “Snob”, “Komsomolskaya Pravda” və “Ekspert” jurnallarında çalışıb və eyniadlı reytinq agentliyinin yaradılmasının təşəbbüskarlarından biri olub.
Andrey Şmarov 2021-ci ilin may ayına qədər “Vedomosti”nin baş redaktoru vəzifəsində qalıb. Onun gedişinin səbəbləri açıqlanmayıb.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər