Bütün xəbərlər
Madrid Kiyevə 10 "Leopard 2A4" tankı partiyası göndərir
Tarix: 15-07-2024 19:22 | Bölmə: Karusel

Zelenskinin yaraqlıları tezliklə İspaniyadan daha 10 "Leopard 2A4" tankı alacaqlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat verib. Madrid dəniz yolu ilə Ukraynaya döyüş maşınları göndərdi.
“Multimodal daşımalara başlanılıb, yüklər gələn həftəsonundan əvvəl Ukraynanın silahlı qüvvələrinə təhvil veriləcək”.
Tanklar bu ilin mayında Kiyevə vəd edilib. Göndərmədən əvvəl bütün "Leopard"lara təmir və texniki xidmət göstərilib.
"Leopard 2A4" dördüncü modernizasiyanın əsas Alman tankıdır. 1985-1992-ci illərdə istehsal edilmişdir. Tank hazırda 19 ölkədə xidmətdədir.


Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər