Bütün xəbərlər
General Popov həbsdən azad edilib
Tarix: 15-07-2024 18:33 | Bölmə: Karusel

İstintaq mənimsəmədə təqsirləndirilən general-mayor İvan Popovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə nail olub - 235-ci Qarnizon Hərbi Məhkəməsi onu həbsdən ev dustaqlığına buraxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandanı məhkəmə zalından sərbəst buraxılıb.
Ötən may ayında prokurorluq müstəntiqlərin məmurun ev dustaqlığına keçirilməsi ilə bağlı analoji tələbinə qarşı çıxıb. Bu gün prokuror tərəfindən heç bir etiraz olmayıb.
Popov xüsusilə böyük miqyasda dələduzluqda, yəni 2023-cü ildə Zaporojye vilayətində müdafiə strukturlarının tikintisi üçün 130 milyon rubla alınmış 1,7 min tondan çox metal konstruksiyaların oğurlanmasında ittiham olunur. O, özü cinayətdə iştirakını inkar edib.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər