10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Ticarət mərkəzində miqrantlar atışma ilə kütləvi dava ediblər
Tarix: 15-07-2024 11:49 | Bölmə: Karusel

İstintaq Komitəsinin məlumatına görə, Moskva yaxınlığındakı Lyubertsı ticarət mərkəzində baş verən atışma ilə kütləvi davadan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təsvir edilən hadisələr Marusino kəndindəki ticarət mərkəzində baş verib. İki qrup miqrant arasında təsadüfən dava düşüb, qarşıdurma təkcə sözlə bitməyib, yumruq işlənib. Dava iştirakçılarından biri pnevmatik tapançadan rəqibin üzünə atəş açıb və sonra qaçıb.
İki nəfər yaralanıb, Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə şöbəsi onların vəziyyətini açıqlamayıb. Davanın digər iştirakçılarının izinə düşmək hələ ki mümkün olmayıb. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bu işlə maraqlanıb və istintaqın gedişi barədə hesabat istəyib.



Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb