Bütün xəbərlər
Yakutiyada meşə yanğınlarının sahəsi gündə 163 min hektar artıb
Tarix: 12-07-2024 08:54 | Bölmə: Karusel


Yakutiyada yüz minlərlə hektar sahədə meşə yanğınları davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Respublika ərazisində ümumi sahəsi 778,9 min hektardan artıq yanğınla əhatə olunan 146 təbii yanğın var”, - Yakutiya Fövqəladə Hallar Nazirliyi bildirir.
Bildirilir ki, son 24 saat ərzində ümumilikdə 2032,5 hektar sahədə 3 təbii yanğın söndürülüb.
Yanğınların söndürülməsinə 1943 nəfər canlı qüvvə və 150 texnika cəlb olunub.
Bir gün əvvəl Yakutiyada meşə yanğınlarının sahəsinin 615,2 min hektardan çox olduğu bildirilmişdi.

Yakutiyada meşə yanğınları ilə əlaqədar federal fövqəladə vəziyyət rejimi tətbiq edilib.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb