Bütün xəbərlər
Hindistanda bir gündə 40-a yaxın insan ildırım vurması nəticəsində ölüb
Tarix: 11-07-2024 15:50 | Bölmə: Karusel

Hindistanın şimalındakı Uttar Pradeş ştatında yağış zamanı ildırım çaxması nəticəsində cəmi bir gündə (10 iyul) ən azı 38 nəfər həlak olub. Onlarla yanıq xəsarətləri alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qurbanların əksəriyyəti ferma işçiləri və yağışdan ağacların altına sığınan insanlardır.
Yerli mətbuatın məlumatına görə, daşqınlar artıq ştatda normal həyatı dayandırıb, yağış və tufan yaxın beş gündə də davam edəcək, RİA Novosti xəbər verir.
“Times of India” qəzetinin məlumatına görə, Hindistanın Qərbi Benqal əyalətində ildırım vurması nəticəsində 12 nəfər həlak olub.
Bu gün Başqırdıstanda ildırım vurması nəticəsində həlak olan balıqçının cəsədinin tapıldığı bildirilib.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər