Bütün xəbərlər
Polşa Belarusla sərhəddə yük maşınlarının keçməsini dayandırıb
Tarix: 10-07-2024 14:01 | Bölmə: Karusel

Belarus Dövlət Gömrük Komitəsi yük avtomobillərinin Belarusla sərhəddəki Kozloviçi keçid məntəqəsindən keçidinin dayandırıldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Departamentin məlumatına görə, iyulun 10-da səhər saat üçdən Polşa yük maşınlarının Kozloviçi keçid məntəqəsindən keçirilməsini dayandırıb. Ötən gecə bu nöqtəyə 600-ə yaxın yük maşınının yığıldığı bildirilir.
Komitəyə məlumat verilib ki, sərhədi keçən sürücülər polşalıların nəzarəti gücləndirdiklərini bildiriblər. Maşınlar hələ də Kozloviçi keçid məntəqəsindən Belarusa doğru gedir, lakin həmişəkindən xeyli yavaş.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, Varşava Belarusla sərhədi bağlamaq imkanını nəzərdən keçirir.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər