14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Tatarıstanda baş verən təyyarə qəzasında ölənlər arasında uşaq da var
Tarix: 10-07-2024 13:27 | Bölmə: Karusel

İstintaq Komitəsi Tatarıstanda yüngül təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfərin öldüyünü təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Mərkəzi Regionlararası Nəqliyyat İstintaq İdarəsinin məlumatına görə, Cessna-172-nin göyərtəsində biri uşaq olmaqla dörd nəfər olub. Bir nəfər sağ qalıb - o, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, üç nəfərdən ibarət ailə ekskursiya reysinə gedib və sağ qalan ailənin atasıdır.
Xatırladaq ki, təyyarə Kamskoye Ustye kəndi yaxınlığındakı çadır şəhərciyinin yaxınlığında yerə çırpılıb və yanıb.
Fövqəladə halla bağlı yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan maddə ilə cinayət işi başlanıb.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər