Bütün xəbərlər
Böyük bir şirkətin almaniyalı top meneceri Rittnerin meyiti Moskva şəhərində tapılıb
Tarix: 09-07-2024 23:54 | Bölmə: Karusel

Alman top-menecer Frank Rittnerin meyiti Moskva şəhərində - öz mənzilində tapılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rittnerin 56 yaşı olduğu və Rusiyanın mədən şirkətində işlədiyi dəqiqləşib. İşə gəlmədiyi üçün mənzilinin qapısı sındırılmalı olub.
Kişinin bədənində zorakılıq əlamətləri aşkar edilməyib. Kəskin ürək çatışmazlığı hələ də ölümün əsas səbəbi hesab olunur.
KİV-in məlumatına görə, Rittner Çernoqorskaya mədən şirkətində əməliyyat hazırlığı direktoru vəzifəsində çalışıb.





Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər