14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Modinin səfəri zamanı Rusiya və Hindistan 9 sənəd imzalayıb
Tarix: 09-07-2024 18:46 | Bölmə: Karusel

Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra brifinqdə bildirib ki,  Narendra Modinin Moskvaya rəsmi səfəri zamanı birgə bəyanatlar və doqquz sənəd imzalanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ölkələr arbitraj orqanlarının qarşılıqlı fəaliyyəti, iqlim dəyişikliyi ilə mübarizə, qütb və okean tədqiqatları və qarşılıqlı investisiyaların təşviqi ilə bağlı razılığa gəliblər.
Modi və Putin 2030-cu ilə qədər təfərrüatlı iqtisadi əməkdaşlıq proqramı haqqında da razılığa gəliblər.
“Bizim doqquz sənədimiz var, əsasən iqtisadi məkanda 22-ci illik Rusiya-Hindistan sammitinin yekunlarına dair birgə bəyanat da qəbul edilib”, - deyə, o bildirib.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər