Bütün xəbərlər
Bir neçə ölkə Ermənistandan öz peyklərini orbitdən çıxarmağı xahiş edib
Tarix: 09-07-2024 17:55 | Bölmə: Karusel

“Joqovurd” nəşri yazır ki, bir neçə ölkə digər kosmik gəmilərin işinə mane olduğu üçün peykləri orbitdən çıxarmaq xahişi ilə Ermənistana müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Söhbət "Armsat-1" və "Hayasat-1" peyklərindən gedir. Jurnalistlərin sözlərinə görə, onlar qeyri-peşəkar şəkildə işə salınıblar. Bu, yüksək texnoloji inkişaf nazirinin müavini Avet Poqosyanın istefası ilə bağlıdır. Bununla belə, nəşr erməni qurğularının hansı ölkələrə müdaxilə etdiyini dəqiqləşdirmir.
Açıq mənbələrdən əldə edilən məlumata görə, "Armsat-1" Ermənistanın ispan mühəndisləri ilə birgə hazırladığı nanopeykdir. Cihazın ümumi kütləsi cəmi 16 kiloqramdır, o, təxminən 530 kilometr yüksəklikdə günəşlə sinxron orbitdə işləyir.
"Armsat-1" orbitə 2022-ci ilin mayında "Falcon 9" daşıyıcı raketi ilə buraxılıb.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər