Bütün xəbərlər
Rusiya komandası əfsanələrin retro matçında Belarus komandasına qalib gəlib
Tarix: 07-07-2024 20:21 | Bölmə: Karusel

Futbol üzrə Rusiya milli komandasının əfsanələri retro yoldaşlıq görüşündə Belarus əfsanələri komandasına qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Minskdə baş tutub.
Əsas vaxt heç-heçə başa çatıb – 1:1. Belarusluların heyətində 16-cı dəqiqədə Stanislav Draqun fərqlənib. Rusiya yığmasının heyətində Andrey Karyaka 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Penaltilər seriyasında ruslar daha dəqiq olub, bütün zərbələri yerindən çeviriblər – 5:4. Rusiya komandasının kapitanı Viktor Onopko görüşün ən yaxşı oyunçusu seçilib.
Matç Belarusun Müstəqillik Günü və Belarus SSR-in faşist işğalçılarından azad edilməsinin 80 illiyi ilə bağlı keçirilib.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər