Bütün xəbərlər
Miqrantlar “Ostankino” televiziya mərkəzinin yaxınlığında “Matç TV”nin əməkdaşını zorlayıblar
Tarix: 07-07-2024 20:18 | Bölmə: Karusel

"Matç TV" kanalının əməkdaşı Ostankino televiziya mərkəzinin yaxınlığında üç miqrant tərəfindən zorlandığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Baza Telegram kanalı yazır. Mənbənin məlumatına görə, hücum iyulun 6-da səhər saat 2:30 radələrində baş verib.
Ostankino gölünün yaxınlığında üç kişi qıza hücum edib. Hər üçünün artıq saxlanıldığı bildirilir. Onların Moskvaya işləmək üçün gələn 22, 24 və 25 yaşlı Özbəkistan vətəndaşları olduğu üzə çıxıb.
Faktla bağlı “bir qrup şəxs tərəfindən zorlama” maddəsi ilə cinayət işi açılıb. Şübhəliləri 10 ilə qədər həbs gözləyir.


Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər