Bütün xəbərlər
Müdafiə Nazirliyinin keçmiş rəis müavini Şevtsova Rusiya Federasiyasından getməsi ilə bağlı şayiələri təkzib edib
Tarix: 06-07-2024 23:41 | Bölmə: Karusel

Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Tatyana Şevtsova Rusiyanı tərk etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS müxbiri ilə söhbətində o, Moskvada olduğunu əlavə edərək, "əlbəttə, bunların hamısı həqiqətə uyğun deyil" deyib.
Şevtsova iyulun 6-da rəqs turnirinə baxmaq üçün Kremlə getdiyini bildirib.
Keçən həftə bir sıra Telegram kanalları Şevtsovanın Rusiyanı tərk edərək Fransada olması barədə məlumat yayıb.
Müdafiə nazirinin 4 müavininin, o cümlədən Tatyana Şvetsovanın vəzifədən azad edilməsi haqqında fərmanı iyunun 17-də Rusiya prezidenti Vladimir Putin imzalayıb. 2010-cu ilin avqust ayından bu vəzifədə çalışır.
Dövlət başçısının digər fərmanı ilə maliyyə məsələlərinə nəzarət edəcək birinci müavin Leonid Qornin, sosial və mənzil sektoruna rəhbərlik edəcək Anna Tsivileva, əmlak və tikinti idarəçiliyinə cavabdeh olan Pavel Fradkov və aparata rəhbərlik edəcək Oleq Savelyev müdafiə nazirinin müavinləri təyin edilib.



Baxış sayı: 256


Bölməyə aid digər xəbərlər