Bütün xəbərlər
Futbol üzrə İngiltərə milli komandası Avropa çempionatında yarımfinala yüksəlib
Tarix: 06-07-2024 23:33 | Bölmə: Karusel

Futbol üzrə Avropa çempionatının 1/4 finalında İngiltərə İsveçrəni penaltilər seriyasında məğlub edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Düsseldorfda baş tutub.
Əsas vaxt heç-heçə başa çatıb - 1:1. Hesabı 75-ci dəqiqədə isveçrəli forvard Brill Embolo açıb. Beş dəqiqə sonra ingilislərin heyətində Bukayo Saka fərqlənib.
Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında Qaret Sautqeytin yetirmələri daha dəqiq olub, bütün cəhdlərini qola çeviriblər – 5:3.
İngilislərdən Koul Palmer, Cud Bellinqem, Bukayo Saka, İvan Toni və Trent Aleksander-Arnold xaldan qol vursa da, isveçrəlilərdən Fabian Şer, Xerdan Şaqiri, Zeki Amduni, Manuel Akanji fərqlənə bilməyib.
İngiltərə yığması Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib və burada Hollandiya - Türkiyə matçının qalibi ilə finala vəsiqə uğrunda mübarizə aparacaq.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər