Bütün xəbərlər
Bir gündə 84 meşə yanğını söndürülüb
Tarix: 06-07-2024 11:48 | Bölmə: Karusel

Rusiyada meşə yanğınları tüğyan edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın 621 668 hektar ərazini əhatə edir. Ən çətin vəziyyət indi Trans-Baykal ərazisində müşahidə olunur.
Ölkənin meşə yanğınsöndürmə xidmətləri son 24 saat ərzində 84 yanğını söndürə bilib. Bu məlumatı Avialesoohrana verib. İdarədən verilən məlumata görə, mütəxəssislər 23 rayonda təbii fəlakətin qarşısını alıblar.
“13 134 hektar ərazini əhatə edən yanğınlar söndürülüb”, - məlumatda deyilir.
Bu arada Buryatiya hakimiyyəti fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlib. Hazırda rayonda 12 meşə yanğını ilə aktiv mübarizə aparılır.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər