Bütün xəbərlər
Rusiya böyük oğurluqda ittiham olunan vətəndaşını Türkiyəyə ekstradisiya edib
Tarix: 05-07-2024 19:05 | Bölmə: Karusel

Rusiya tərəfi bu ölkənin vətəndaşı Levent Aslan Paksoyu Türkiyə hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ekstradisiya proseduru cümə günü paytaxtın Vnukovo hava limanında baş tutub. Paksoy yarım milyon avronu mənimsəməkdə ittiham edilərək İnterpol xətti ilə axtarışa verilib.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk cinayət işində iştirak edən şəxsin dələduzluqda ittiham olunmasına aydınlıq gətirib. O, şəriki ilə əlbir olaraq biznesini inkişaf etdirmək üçün külli miqdarda kredit almaq istəyən iş adamını aldadıb.
Paksoy iş adamı ilə saxta investor arasında görüş təşkil edib və iş adamından niyyətinin ciddiliyini təsdiq etməyi tələb edib. Zərərçəkmiş razılaşdığı kimi görüşə 500 min avro məbləğində nağd pul gətirib. Fırıldaqçılar bu pulu götürüb dərhal gözdən itiblər.
İş adamı polisə müraciət edib və cinayətkarlar beynəlxalq axtarışa verilib. 2023-cü ilin avqustunda Paksoy Soçidə Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.



Baxış sayı: 186


Bölməyə aid digər xəbərlər