Bütün xəbərlər
Hadisə şahidi iaşə obyektinin partlamasını lentə alıb
Tarix: 03-07-2024 18:27 | Bölmə: Karusel

İstintaq Komitəsinin əməkdaşları Moskva yaxınlığındakı Kubinkadakı vağzal meydanında baş verən insidentin səbəblərini araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarənin regional qərargahından verilən məlumata görə, iaşə ticarət pavilyonunda yanğın baş verib, bundan sonra qaz balonu partlayıb.
“Müstəntiqlər və məhkəmə-tibb ekspertləri hadisə yerinə baxış keçirmək və zərərçəkənlərlə bağlı bütün halları müəyyən etmək üçün gediblər”, - məlumatda deyilir.
Çərşənbə günü günorta baş verənlərlə bağlı artıq təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb.
Hadisə şahidlərinin sözlərinə görə, ən azı bir nəfər xəsarət alıb və təcili tibbi yardım əməkdaşları tərəfindən təxliyə edilib.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər