Bütün xəbərlər
Dağıstan Müftiliyi müvəqqəti olaraq niqab taxmağı qadağan edib
Tarix: 03-07-2024 12:20 | Bölmə: Karusel

Dağıstan Respublikasının müfti müavini Abdulla Səlimov niqab taxmağın qadağan olunduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, “respublika əhalisinin təhlükəsizliyinə təhdid” fonunda edilib.
“Müfti Milli Siyasət və Dini İşlər Nazirliyinin respublika əhalisi üçün mövcud təhlükəsizlik təhdidini bildirən müraciətinə istinad edərək, fətva şöbəsinin dünən verdiyi səlahiyyətli rəyə əsaslanaraq, ölkədə fəaliyyət göstərən dini qurumlara müvəqqəti qadağa qoyulduğunu elan edir. Müəyyən edilmiş təhdidlər aradan qaldırılana və yeni teoloji nəticəyə qədər niqab taxmaq”, - Səlimov Dağıstan Respublikası Müftiliyinin Telegram kanalında yayımlanan videoda bildirib.
Bir gün əvvəl təşkilat təhlükəsizlik baxımından niqab taxmağa yerli qadağanın tətbiq oluna biləcəyini istisna etməyib. Dağıstan Respublikasının müftisi Əhməd Abdulayev bununla bağlı teoloji-hüquqi nəticə (fətva) verməyi planlaşdırıb. Lakin Müftilik onu da qeyd etdi ki, bu, “yalnız xarici amillərlə diktə olunmalı və müvəqqəti olmalıdır”.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər