Bütün xəbərlər
Döyüşçü Rzayev rusiyalını təhqir etdiyinə görə inzibati cəza ala bilər
Tarix: 02-07-2024 20:49 | Bölmə: Karusel

Qarışıq döyüş növlərinin (MMA) azərbaycanlı idmançısı Cavid Rzayev rusiyalı idmançı Artur Kulinskini təhqir etdiyinə görə inzibati məsuliyyətə cəlb oluna bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novostinin hüquq-mühafizə orqanlarındakı mənbəyə görə, Rzayev Kulinskini “rus donuzu” adlandırıb və dava salmağa cəhd edib.
Bundan əvvəl Rusiyanın Federal Vergi Xidməti məlumat vermişdi ki, MMA döyüşçüsü Həbib Nurməhəmmədovun 80 milyon rubla yaxın borcunu ödəmək üçün 6 ay vaxtı var, lakin o, bunu etməyib. İyulun 1-də Federal Vergi Xidməti borcun ödənilməsi tələblərini yerinə yetirmədiyinə görə Nurməhəmmədovun hesabları üzrə əməliyyatları dayandırıb.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər