Bütün xəbərlər
Qırğızıstanda sel nəticəsində 20-yə yaxın insanın ölümündən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib
Tarix: 02-07-2024 12:37 | Bölmə: Karusel

Qırğızıstanda sel nəticəsində 20-yə yaxın insanın ölümündən sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “İnterfaks”a görə, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə idarəsinin baş zabiti Kubanıç Temirbek uulunun sözlərinə görə, sellə əlaqədar dörd regionda: Oş, Cəlal-Abad, Batken və Talasda fövqəladə rejim qüvvədədir.
Onun sözlərinə görə, aprelin 20-dən etibarən respublikada sel daşqınları 8 uşaq olmaqla 17 nəfərin həyatına son qoyub. Təbii fəlakət qurbanlarının ən çoxu Oş vilayətində qeydə alınıb - 15 nəfər. Cəlal-Abad və Batken bölgələrində iki nəfər ölüb.
Bildirilir ki, Oş vilayətində son hadisə ilə əlaqədar 1550 nəfər təxliyə edilməli olub. Nookat rayonunda 28 evə ziyan dəyib, onlardan üçü təhlükəlidir. Bundan başqa, iki sosial obyekt və 15 kilometr yol zədələnib.
Temirbek uulunun aydınlaşdırdığı kimi, xilasedicilərin xəbərdarlığına baxmayaraq, təhlükəli ərazilərdə yaşayan bir çox vətəndaş oranı tərk etməkdən imtina edir.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər