Bütün xəbərlər
Rusiya bayrağını yandıran şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 02-07-2024 12:09 | Bölmə: Karusel

Rusiya Federasiyasının bayrağını yandıran şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı Ximki Şəhər Məhkəməsi qəbul edib.
Moskva Vilayəti Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, o, rus üçrənglisinə od vurmaqla yanaşı, başqa ölkəyə döyüşə getməyi də planlaşdırıb.
Nəticədə o, üç maddə üzrə təqsirli bilinib: Rusiyanın dövlət bayrağını təhqir etmək, siyasi və ideoloji nifrət zəminində xuliqanlıq və xarici dövlətin ərazisində hərbi əməliyyatlarda iştiraka hazırlıq.
“Ximki Şəhər Məhkəməsi cinayətkarı 10 il müddətinə azadlıqdan məhrum edib, ilk 2 ili həbsdə, sonrakı illəri isə ciddi rejimli koloniyada çəkməklə, hökm qanuni qüvvəyə minməyib”, - deyə, məhkəmənin açıqlamasında bildirilir.
Onun məhkum edilməsinə səbəb olan hadisə 2023-cü il sentyabrın 24-də baş verib. Məhkəmə müəyyən edib ki, 27 yaşlı Mixail İşşenko Ximkidəki idman kompleksinin girişində asılmış Rusiya Federasiyasının bayrağını yandırıb. Kişi sərxoş olub.


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər