Bütün xəbərlər
Prezident Bəşir Hacıyevə yeni vəzifə verdi
Tarix: 01-07-2024 21:22 | Bölmə: Karusel

                      prezident-besir-haciyeve-yeni-vezife-verdi




Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, B.Hacıyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 2021-ci ildə Ağdam rayonun işğaldan azad edilmiş hissəsi üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyində fəaliyyətə başlayıb, daha sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi olub.
İndiki təyinata qədər isə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsində çalışıb.



Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər