Bütün xəbərlər
Dağıstanın Daxili İşlər Nazirliyi: terrorçular Dərbənddə şiə məscidinə hücum etmək istəyiblər
Tarix: 01-07-2024 20:51 | Bölmə: Karusel

İyunun 23-də Dərbənddə kilsə və sinaqoqa hücum edən terrorçular şiə məscidinə də hücum etməyi planlaşdırıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Dağıstanın daxili işlər naziri Abduraşid Maqomedov məlumat verib.
Dağıstanın rəhbəri Sergey Melikovun vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşündə Maqomedov bildirib ki, Dərbənddə “sinaqoq və kilsəni murdarlayan” terrorçular eyni şeyi şiə məscidində də etməyi planlaşdırıblar. "Yalnız indi danışmaq istəmədiyim bəzi hallar onlara bunu etməyə mane oldu" deyib.
İyunun 23-də silahlı yaraqlılar Dərbənddə kilsə və sinaqoqa, Mahaçqalada isə sinaqoq və yol polisi postuna hücum ediblər. Dağıstan rəhbərinin sözlərinə görə, Dağıstanda baş verən hücum nəticəsində 22 nəfər həlak olub.
Hücumlarla bağlı terror aktı, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma, odlu silah oğurluğu maddələri ilə cinayət işi başlanıb.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər