Bütün xəbərlər
Spartak Quincy Promes ilə müqavilənin bitdiyini açıqladı
Tarix: 01-07-2024 20:37 | Bölmə: Karusel

Moskva "Spartak"ı futbolçusu Quincy Promes ilə müqavilənin başa çatdığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Spartak"ın qeyd etdiyinə görə, hazırda hollandiyalı ilə müqaviləni uzatmaq mümkün deyil.
"Eyni zamanda, klubumuz ümid edir ki, gələcəkdə tərəflər bu məsələyə qayıda biləcəklər", - "qırmızı-ağ" komandanın açıqlamasında deyilir.
Promesin 32 yaşı var. "Spartak"ın tərkibində bütün turnirlərdə 235 matçda iştirak edib, 114 qol vurub və 59 məhsuldar ötürmə verib.
Moskva komandası ilə birlikdə Quincy 2016/17 mövsümündə Rusiya çempionu olub, həmçinin Rusiya Kubokunu (2021/22) və Super Kubokunu (2017) qazanıb.
Fevralda futbolçu komandanın təlim-məşq toplanışı keçirdiyi BƏƏ-dən gedə bilməyib. İdmançı Dubay hava limanında sərhəd nəzarətində saxlanılıb.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər