Bütün xəbərlər
Qapıçı Anton Şunin 30 ildən sonra "Dinamo"dan ayrılıb
Tarix: 01-07-2024 16:30 | Bölmə: Karusel

Moskvanın "Dinamo" futbol klubu qapıçı Anton Şuninin müqaviləsinin başa çatması ilə əlaqədar komandadan ayrıldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "biz Antona mavi və ağ rənglərə inanılmaz sədaqətinə, peşəkarlığına, klubun inkişafına verdiyi böyük töhfəyə görə təşəkkür edirik və onu Petrovski Parkında evdə görməyə həmişə şad olarıq" -moskvalılar deyib.
Şunin "Dinamo"nun məzunudur və ümumilikdə 30 ilini klub sistemində keçirib.
Anton bütün turnirlərdə "mavi-ağların" heyətində 366 oyunda iştirak edib, onların 125-də qapını təmiz saxlayıb. Qapıçının Rusiya millisində də 15 matçı var.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər