Bütün xəbərlər
Türkiyədə qaz partlayışı nəticəsində 3 nəfər ölüb
Tarix: 30-06-2024 17:45 | Bölmə: Karusel

Türkiyənin İzmir şəhərində məişət qazının partlaması nəticəsində azı 3 nəfər ölüb, NTV telekanalı xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyunun 30-da günorta saatlarında Barışa Manço küçəsindəki yaşayış binasının birinci mərtəbəsindəki şirniyyat sexində partlayış baş verib. Nəticədə 3 nəfər ölüb, azı 15 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Ticarət obyektinin binası, binanın fasadı və yuxarıda yerləşən mənzillərə də ziyan dəyib.
Hadisəyə ilkin olaraq qaz sızması səbəb olub.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər