Bütün xəbərlər
Qırğızıstanın Oş vilayətində sel nəticəsində 7 nəfər ölüb
Tarix: 29-06-2024 14:53 | Bölmə: Karusel

Qırğızıstanın Oş vilayətində sellə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanın Oş vilayətinin Nookat rayonunda 7 nəfər selin qurbanı olub. “İnterfaks” bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Xilasedicilər 5 qurbanın cəsədini tapıb, daha iki nəfərin axtarışları davam edir.
Qeyd olunur ki, sel nəticəsində körpünü su basıb, elektrik dirəkləri sökülüb, yollar yuyulub, fərdi yaşayış evlərinin həyətyanı sahələri su altında qalıb. 650-yə yaxın insanın xarici dünya ilə əlaqəsi kəsilib. Xüsusi texnikanın keçidi çətin olduğundan xilasedicilər atları mindiriblər.
Bundan əvvəl Türkiyədə azı 13 nəfər selin qurbanı olub.


Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər