Bütün xəbərlər
ABŞ Ordusu Sakit Okeanda Həssas Zərbə Raketini uğurla sınaqdan keçirib
Tarix: 29-06-2024 14:44 | Bölmə: Karusel

Amerika ordusu perspektivli əməliyyat-taktiki raket "Precision Strike Missile"-nin növbəti sınağını keçirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “The Defence Post”un məlumatına görə, prototip Sakit okeanda hərəkət edən dəniz hədəfini uğurla vurub.
“Kompleks ilk dəfə olaraq ABŞ-dan kənarda istifadə edilib, ümumilikdə, bir neçə raket hədəfi uğurla vurub”.
PrSM-lər Ordunun irsi ATACMS taktiki sisteminin əvəzidir. Raketlər təkmilləşdirilmiş rasional dizayna və daha uzun uçuş məsafəsinə malikdir. Kompleks 500 kilometrə qədər məsafədəki hədəfləri vurmaq gücündədir.
ABŞ ordusu döyüş başlıqlarının ilk partiyasını ötən ilin sonunda alıb. Xaricdə raketlərin tam miqyaslı istehsalına 2025-ci ildə başlanacağı gözlənilir.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər