Bütün xəbərlər
Şmıqal: "Kiyev Qərbdən üç "Patriot" sistemi gözləyir"
Tarix: 28-06-2024 19:58 | Bölmə: Karusel

Ukrayna Qərb ölkələrindən - Rumıniya, Almaniya və Hollandiyadan onu üç "Patriot" sistemi ilə təchiz etməyi gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
Rumıniya və Almaniyanın hər biri bir "Patrio" sistemi, Berlin də IRIS-T və "Gepard" sistemləri təmin edəcək, Şmıqal bildirib. Ukrayna Hollandiyadan daha bir "Patriot" sistemi alacağını gözləyir. İtaliya ikinci SAMP/T sistemini Ukraynaya verəcək.
Ukraynanın baş naziri həmçinin bildirib ki, Vaşinqton "Patriot", hava hücumundan müdafiə üçün NASAMS üçün raketlərin tədarükü üçün Kiyevə üstünlük verib.
Şmıqalın sözlərinə görə, Ukrayna Almaniya, Hollandiya, Danimarka, İspaniya və Norveçdən "Patriot" sistemləri üçün əlavə raketlər alacaq, İsveç isə iki radar müşahidə təyyarəsi tədarük edəcək.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər