Bütün xəbərlər
Aİ sammitində Ukraynaya 50 milyard dollar kredit ayrılması təsdiqlənməyib
Tarix: 28-06-2024 10:40 | Bölmə: Karusel

Aİ-nin rəhbəri Çarlz Mişel bildirib ki, Avropa İttifaqının sammitində Ukraynaya 50 milyard dollarlıq kreditin ayrılması ilə bağlı razılıq əldə olunmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mişelin bəyanatında qeyd edildiyi kimi, söhbət Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edilən kreditdən gedir. Müzakirə davam edəcək.
Aİ rəhbəri əmin olduğunu bildirib ki, yaxın həftələrdə Avropa İttifaqı Ukraynaya bu yardım paketinin verilməsi ilə bağlı qərarlar qəbul edəcək.
Daha əvvəl sammit zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb. Aİ tərəfdən sazişi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Çarlz Mişel imzalayıb.


Baxış sayı: 57


Bölməyə aid digər xəbərlər