Bütün xəbərlər
Tambov vilayətində neft bazasında PUA-dan yanğın baş verib
Tarix: 28-06-2024 10:24 | Bölmə: Karusel

Tambov vilayətinin rəhbəri Maksim Eqorov Telegram kanalında bildirib ki, Tambov vilayətindəki neft bazasında pilotsuz təyyarə gələndən sonra yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "bu gün Moskva vaxtı ilə saat 04:35-də Tambov vilayətinin Miçurinski bələdiyyəsində PUA-nın neft anbarına gəlməsi qeydə alınıb, nəticədə kiçik yanğın baş verib", - qubernator yazıb.
Onun sözlərinə görə, hazırda yanğın lokallaşdırılıb və tələfat yoxdur.
Eqorov qeyd edib ki, ən yaxın qəsəbə üç kilometr aralıdadır. Lazım gələrsə, insanlar təxliyə ediləcək. Vəziyyət nəzarət altındadır.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər