Bütün xəbərlər
Rusiyalı avarçəkənlər, atıcılar və pentatlonçuların 2024-cü il Oyunlarında iştirakına icazə verilmir
Tarix: 27-06-2024 23:47 | Bölmə: Karusel

Bir sıra rusiyalı idmançılar 2024-cü ilin iyul-avqust aylarında keçiriləcək Olimpiya Oyunlarına buraxılmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, Beynəlxalq Olimpiya Komitəsinin qəbul edilən rusiyalıların siyahısını dərc etdikdən sonra məlum olub.
Cümə axşamı, iyunun 27-də BOK Paris Oyunlarında iştiraka icazə almış rusiyalı idmançıların siyahısını dərc edib. Onların arasında avarçəkmə, atıcılıq və pentatlon kimi idman növlərinin Rusiya nümayəndələri yox idi.
Yay Olimpiya Oyunları iyulun 26-da başlayacaq və onun son günü avqustun 11-i olacaq. Rusiyadan qəbul olunmuş və iştirak etmək istəyən idmançılar neytral statusda mübarizə aparacaqlar.
Bu Oyunlar Rusiyanın dövlət himni və bayrağı olmadan çıxış edəcəyi dördüncü (qış oyunları da daxil olmaqla) olacaq.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər