Bütün xəbərlər
Timoşenko Ukraynada saxlanılıb
Tarix: 27-06-2024 23:32 | Bölmə: Karusel

Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müavini Kirill Timoşenko Ukrayna Milli Antikorrupsiya Bürosunun əməkdaşları tərəfindən saxlanılıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, NABU-dan məlumat sızdırmaqda ittiham olunur.
Ukraynanın “Teleqraf” nəşrinin məlumatına görə, axtarış aparmaq üçün Timoşenkonun evinə silahlı və maskalı şəxslər gəlib. Onlar Ukrayna prezidentinin aparatının keçmiş müavininə məxsus olduğu ehtimal edilən avtomobil aşkar ediblər.
“Ukrayinska Pravda”nın yazdığına görə, axtarışlar NABU-dan məlumat sızması ilə bağlı cinayət işi ilə bağlıdır. Maraqlıdır ki, Ukrayna hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama verməyib.
Timoşenko 2023-cü ilin yanvarında Zelenskinin ofisində tutduğu vəzifədən qovulub. 2024-cü il martın 1-də o, ölkənin müdafiə naziri Rustem Umerovun media və rabitə sahəsində müşaviri vəzifəsini alıb.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər