Bütün xəbərlər
Rusiya vətəndaşlığını alan 10 minə yaxın miqrant SVO-nun iştirakçısı oldu
Tarix: 27-06-2024 11:48 | Bölmə: Karusel

Bu yaxınlarda Rusiya vətəndaşlığını almış 10 minə yaxın miqrant xüsusi hərbi əməliyyat zonasına göndərilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məlumat verib.
Cümə axşamı Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən o bildirib ki, ümumilikdə 30 mindən çox əcnəbi müəyyən edilib ki, onlar Rusiya vətəndaşı olub, Rusiya qanunvericiliyinin tələb etdiyi kimi hərbi xidmət üçün qeydiyyatdan keçməyiblər.
Aleksandr Bastrıkin vurğulayıb ki, Rusiya Konstitusiyası və digər qanunları yeni vətəndaşların hərbi qeydiyyatdan keçməsi və lazım gəldikdə xüsusi hərbi əməliyyatda iştirak öhdəliyini nəzərdə tutur.


Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər