Bütün xəbərlər
İstanbulda 4 mərtəbəli bina çöküb, dağıntılar altında insanlar ola bilər
Tarix: 27-06-2024 11:36 | Bölmə: Karusel

NTV telekanalı xəbər verir ki, İstanbulda, şəhərin Avropa hissəsindəki Bahçelievler rayonunda dördmərtəbəli bina qismən uçub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunduğuna görə, fövqəladə hadisə cümə axşamı, iyunun 27-də səhər saatlarında baş verib. Dağıntılar altında insanlar ola bilər. Ölənlər barədə hələlik məlumat yoxdur.
Artıq şəhər təcili yardım xidmətləri hadisə yerindədir. Hadisənin bütün şəraiti aydınlaşdırılır.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər