Bütün xəbərlər
Gürcüstanın baş naziri futbol komandasının Avro-2024-də qrupdan çıxmasını möcüzə adlandırıb
Tarix: 27-06-2024 11:22 | Bölmə: Karusel

Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniyada keçirilən Avropa çempionatında milli futbol komandasının Portuqaliya yığması üzərində qələbəsini və turnirin pley-off mərhələsinə yüksəlməsini möcüzə adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Gürcüstan komandası çərşənbə günü qrup mərhələsinin son oyununda Portuqaliyaya 2:0 hesabı ilə qalib gələrək turnirin növbəti mərhələsinə vəsiqə qazanıb. Gürcüstan millisi tarixində ilk dəfədir ki, final Avro turnirində iştirak edir.
"Bu, inanılmaz emosiyalardır, biz uşaqlarla birlikdə idik, onları təbrik etdik, uşaqlar bizə bir möcüzə verdilər və hər kəs minnətdarlıqdan daha çox şeyə layiqdir"-Kobaxidze deyib.
1/8 finalda Gürcüstan İspaniya yığması ilə qarşılaşacaq. Digər pley-off cütlükləri aşağıdakı kimidir:

Almaniya - Danimarka,
Portuqaliya - Sloveniya
Fransa - Belçika,
Rumıniya – Hollandiya,
Avstriya – Türkiyə,
İngiltərə - Slovakiya,
İsveçrə - İtaliya.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər